—

Gürcüstan və Polşa arasında yeni saziş imzalandı

3,108
Gürcüstan və Polşa arasında yeni saziş imzalandı
Dinləmək üçün basın

“ Gürcüstan və Polşa Respublikası arasında gəlirlərə görə ikiqat vergitutmanın aradan qaldırılması və vergilərin ödənilməməsinin və vergidən yayınmanın qarşısının alınması haqqında” saziş qüvvəyə minib.

“Gürcüstan və Polşa Respublikası arasında gəlirlərə görə ikiqat vergitutmanın aradan qaldırılması və vergilərin ödənilməməsinin və vergidən yayınmanın qarşısının alınması haqqında” saziş qüvvəyə minib.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat verib.

Məlumata görə, yenilənmiş sazişi Gürcüstanın maliyyə naziri Laşa Xuçişvili və Polşa Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Marius Maşkieviç 2021-ci il iyulun 7-də imzalayıblar.

“Bu müqavilənin 2006-cı ildə Gürcüstan və Polşa arasında bağlanmış müqaviləni əvəz etməsi xüsusilə vacibdir.

Yeni sənəd İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yenilənmiş 2017 modelinə əsaslanır və Vergi Bazasının Azaldılması və Mənfəətin dəyişdirilməsi (BEPS) layihəsi ilə müəyyən edilmiş standartları əks etdirir.

Həmçinin qeyd etmək yerinə düşər ki, yeni sazişdə dividendlər, faizlər və royaltilər üzrə tutulan vergi dərəcələri azaldılıb və köhnə müqavilədəki 10% əvəzinə 5% müəyyən edilib.

Sazişin məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etmək və investisiyaların cəlb edilməsidir.

Hazırda 57 ölkə ilə ikiqat vergitutmadan yayınma sazişləri qüvvədədir", - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Giorgi Sosiaşvili: Rusiya bazarında keyfiyyəti və münasib qiyməti ilə tanınan Gürcüstan şərabının qadağan edildiyi halda, Avropa şərablarına icazə verilməsi bizim üçün tamamilə anlaşılmazdırNikol Paşinyan: “Rusiya sərhədçiləri yaxın illərdə Ermənistanı tərk etməlidirlər”Şalva Papuaşvili: “Brüssel 2025-ci il oktyabrın 4-də Prezident sarayına hücumun ilhamvericisi, dəstəkçisi və himayədarı olduğunu təsdiqləyib”Avropa Parlamenti Gürcüstanla bağlı qətnaməni qəbul etdiİrakli Kobaxidze: “Dərin dövlətin” çox böyük təsirləri var – orta səviyyəli məmurların ələ alınması tamamilə realdır”Son xəbərlərə bax →