—

Bu gün parlament binasına girişlə bağlı məhdud rejim qüvvədə olacaq

208
Bu gün parlament binasına girişlə bağlı məhdud rejim qüvvədə olacaq
Dinləmək üçün basın

Gürcüstan parlamenti sədrinin “Parlament sarayında və onun ətraf ərazilərində təhlükəsizlik mühafizəsi rejimi haqqında” 30 dekabr 2016-cı il tarixli 259/3 nömrəli sərəncamı ilə müəyyən edilmiş reqlamentə uyğun olaraq…

Gürcüstan parlamenti sədrinin “Parlament sarayında və onun ətraf ərazilərində təhlükəsizlik mühafizəsi rejimi haqqında” 30 dekabr 2016-cı il tarixli 259/3 nömrəli sərəncamı ilə müəyyən edilmiş reqlamentə uyğun olaraq, bu gün, martın 24-də Parlament binasına giriş üçün məhdud rejim qüvvədə olacaq.

InterPress.ge xəbər verir ki, Gürcüstan parlamenti əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayıb.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, məhdudiyyət akkreditasiyadan keçmiş jurnalistlərə şamil edilməyəcək.

"Sözügedən tədbirin keçirilməsində məqsəd Gürcüstan parlamentinin üzvlərinin və aparat əməkdaşlarının təhlükəsizliyini qorumaq və iş şəraitini təmin etməkdir", - parlamentin mətbuat xidməti bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Giorgi Sosiaşvili: Rusiya bazarında keyfiyyəti və münasib qiyməti ilə tanınan Gürcüstan şərabının qadağan edildiyi halda, Avropa şərablarına icazə verilməsi bizim üçün tamamilə anlaşılmazdırNikol Paşinyan: “Rusiya sərhədçiləri yaxın illərdə Ermənistanı tərk etməlidirlər”Şalva Papuaşvili: “Brüssel 2025-ci il oktyabrın 4-də Prezident sarayına hücumun ilhamvericisi, dəstəkçisi və himayədarı olduğunu təsdiqləyib”Avropa Parlamenti Gürcüstanla bağlı qətnaməni qəbul etdiİrakli Kobaxidze: “Dərin dövlətin” çox böyük təsirləri var – orta səviyyəli məmurların ələ alınması tamamilə realdır”Son xəbərlərə bax →