Avropa İttifaqının Gürcüstandakı səfirliyi “Oçneba"nın "agentlər" haqqında qanun layihəsini geri götürməsi ilə bağlı verdiyi qərara münasibət bildirib.
InterPress.ge xəbər verir ki, səfirlik bu barədə Facebook-da yazıb.
"Biz hakim partiyanın "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin geri götürülməsi ilə bağlı bəyanatını alqışlayırıq. Biz Gürcüstanın bütün siyasi liderlərini namizəd statusu almaq üçün 12 prioritetə uyğun olaraq inklüziv və konstruktiv şəkildə avropayönlü islahatları yeniləməyə çağırırıq", - deyə bəyanatda qeyd olunub.
