—

İrakli Ğaribaşvilinin rəhbərliyi ilə İnvestorlar Şurasının iclası keçirilib

270
 İrakli Ğaribaşvilinin rəhbərliyi ilə İnvestorlar Şurasının iclası keçirilib
Dinləmək üçün basın

Baş nazirin rəhbərliyi ilə İnvestorlar Şurasının iclasında cari və planlaşdırılan iri iqtisadi layihələr müzakirə olunub.

Baş nazirin rəhbərliyi ilə İnvestorlar Şurasının iclasında cari və planlaşdırılan iri iqtisadi layihələr müzakirə olunub.

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyası məlumat yayır.

Məlumata görə, sessiya iştirakçıları İnvestorlar Şurasının 2023-2024-cü illər üçün planlarına və artıq həyata keçirilmiş layihələrə baxıblar.

Söhbət zamanı baş nazirin tapşırığı əsasında hökumətin iqtisadi komandasının fəal işlədiyi cari və planlaşdırılan iri iqtisadi layihələrə toxunulub.

Görüşdə yaşıl iqtisadiyyatın inkişafı təşəbbüsləri, mədənçıxarma sənayesinin imkanları və çağırışları, Gürcüstanın təhsil sisteminin beynəlmiləlləşdirilməsi, Qara Dəniz Platforması çərçivəsində əməkdaşlıq məsələləri, Orta Dəhliz tranzit marşrutunun inkişafı istiqamətləri müzakirə edilib.

Müzakirə olunan məsələlər arasında həmçinin İnvestorlar Şurasının Aİ-yə inteqrasiya yolunda aparılan islahatlara cəlb olunması da olub. İnvestorlar Şurasının üzvləri qeyd ediblər ki, gələcəkdə hökumətin Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına və assosiasiya sazişinin uğurla həyata keçirilməsinə töhfə verəcək bütün addımlarını və islahatlarını fəal şəkildə dəstəkləyəcəklər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda qanunsuz yaşayan 59 xarici ölkə vətəndaşı saxlanılıbTürkiyə mediası: Tamazaşvili Türkiyənin daxili işlər nazirinə azarkeşlərdən Fələstin bayraqlarının UEFA nümayəndələri tərəfindən götürüldüyünü bildiribTürkiyə Prezident Administrasiyasının rəsmisi: Batumidə azarkeşlərimizə qarşı polisin qeyri-mütənasib müdaxiləsini qətiyyətlə pisləyirəm“Beşiktaş” klubu Batumidə azarkeşlərinə qarşı qeyri-mütənasib güc tətbiq edilməsini pisləyibDaxili İşlər Nazirliyi Batumidə baş verən qarşıdurma ilə bağlı bəyanat yaydıSon xəbərlərə bax →