—

Qriqol Liluaşvili İspaniyanın Daxili İşlər Naziri ilə görüşüb

265
Qriqol Liluaşvili İspaniyanın Daxili İşlər Naziri ilə görüşüb
Dinləmək üçün basın

Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili İspaniya Krallığının daxili işlər naziri Fernando Qrande Marlaska Qomez ilə görüşüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili İspaniya Krallığının daxili işlər naziri Fernando Qrande Marlaska Qomez ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə tərəflər regionda təhlükəsizlik məsələlərini nəzərdən keçirib, Gürcüstan və İspaniya Krallığı arasında strateji əməkdaşlığın əsas istiqamətləri barədə danışıblar.

“Görüş zamanı ümumi çağırış və təhdidlərin öhdəsindən gəlmək üçün təhlükəsizlik sahəsində sıx və intensiv əməkdaşlığın vacibliyi vurğulanıb. Qriqol Liluaşvili və Fernando Qrande Marlaska Qomes gələcək əməkdaşlıq planlarını müəyyən ediblər”, - Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda qeyd olunur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda qanunsuz yaşayan 59 xarici ölkə vətəndaşı saxlanılıbTürkiyə mediası: Tamazaşvili Türkiyənin daxili işlər nazirinə azarkeşlərdən Fələstin bayraqlarının UEFA nümayəndələri tərəfindən götürüldüyünü bildiribTürkiyə Prezident Administrasiyasının rəsmisi: Batumidə azarkeşlərimizə qarşı polisin qeyri-mütənasib müdaxiləsini qətiyyətlə pisləyirəm“Beşiktaş” klubu Batumidə azarkeşlərinə qarşı qeyri-mütənasib güc tətbiq edilməsini pisləyibDaxili İşlər Nazirliyi Batumidə baş verən qarşıdurma ilə bağlı bəyanat yaydıSon xəbərlərə bax →