—

Rusiya beynəlxalq uçuşları bu tarixdən bərpa edir - RƏSMİ

1,498
Rusiya beynəlxalq uçuşları bu tarixdən bərpa edir - RƏSMİ
Dinləmək üçün basın

Rusiya hökuməti iyulun 15-dən etibarən beynəlxalq uçuşları tədricən bərpa etmək haqqında qərar verib.

Rusiya hökuməti iyulun 15-dən etibarən beynəlxalq uçuşları tədricən bərpa etmək haqqında qərar verib.

InterPress.ge “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova bu gün keçirdiyi brifinqdə açıqlama verib.

O qeyd edib ki, artıq olduqca uzun müddətdir Rusiyada koronavirus infeksiyasına yoluxma hallarının azalması müşahidə olunur:

“Aviauçuşlar hər 100 min nəfərinə görə 14 gündə, yəni inkubasiya dövründə COVID-19-a 40-dan çox yoluxma olmayan ölkələrlə bərpa olunacaq. Bu ölkələrdə orta sutkalıq yoluxma halı 1 faizi keçməməlidir”, - deyə Rusiya Baş Nazirinin müavini vurğulayıb.

O, həmçinin bildirib ki, aviaşirkətlər bununla bağlı araşdırma aparmalı və hansı ölkələrin bu meyarlara uyğun gəldiklərini müəyyənləşdirməlidirlər: “Aviauçuşlar qarşılıqlı əsaslarla tənzimlənəcək”.

Qolikova koronavirus testindən keçməmiş vətəndaşların ölkəyə gəlməsi halında onların neqativ nəticəsi çıxana qədər nəzarətdə saxlanılacaqlarını da əlavə edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →