—

Afrikanın ən varlı qadınının bank hesabları donduruldu

1,098
Afrikanın ən varlı qadınının bank hesabları donduruldu
Dinləmək üçün basın

Portuqaliya məhkəməsi, keçmiş Anqola prezidenti Joze Eduardu duş Santuşun qızı İzabel duş Santuşun bütün bank hesablarının dondurulması barədə qərar qəbul edib.

Portuqaliya məhkəməsi, keçmiş Anqola prezidenti Joze Eduardu duş Santuşun qızı İzabel duş Santuşun bütün bank hesablarının dondurulması barədə qərar qəbul edib.

InterPress.ge “TASS”a istinadən xəbər verir ki, bu barədə Portuqaliyanın “Radio e Televisao de Portugal” dövlət mediaqrupu məlumat yayıb.

Portuqaliya prokurorluğu vurğulayıb ki, bank hesablarının dondurulması əmri ölkənin prokurorluğu tərəfindən Portuqaliya və Anqola hakimiyyət orqanlarının əməkdaşlığının nəticələrinə əsasən verilib.

Milyarder qadın külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilir. Onun Portuqaliyanın “EuroBic” və “Millenium BCP” banklarındakı hesablarının dondurulmasına dair əmr ötən həftə verilib.

Anqola Baş Prokurorluğundan verilən məlumata görə, İzabel duş Santuş tərəfindən aparılan əməliyyatlar nəticəsində dövlət 1.36 milyard ABŞ dolları itirib. O, 2017-ci ilin sonunda ölkəni tərk edib, hazırda Baş Prokurorluq onun vətənə dönməsini tələb edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →