—

Rusiya sərhədlərini qonşu ölkələrə bu şərtlə açacağını açıqladı

1,607
Rusiya sərhədlərini qonşu ölkələrə bu şərtlə açacağını açıqladı
Dinləmək üçün basın

“Rusiya sərhədləri bağlı saxlamaqda maraqlı deyil və rusları qəbul etməyə hazır ölkələrlə sərhədləri açmaq üçün birlikdə işləməyə hazırdır, ancaq koronavirusla bağlı sanitar və epidemioloji vəziyyətə diqqət yetirmək…

“Rusiya sərhədləri bağlı saxlamaqda maraqlı deyil və rusları qəbul etməyə hazır ölkələrlə sərhədləri açmaq üçün birlikdə işləməyə hazırdır, ancaq koronavirusla bağlı sanitar və epidemioloji vəziyyətə diqqət yetirmək vacibdir”.

InterPress.ge xəbər verir ki, bunu Federasiya Şurasının spikeri Valentina Matvienko söyləyib.

“Rusiya məhdudiyyət tətbiq etməkdə, insanları başqa ölkələrə buraxmamaqda, sərhədləri bağlı saxlamaqda maraqlı deyil. Bu, ikitərəfli münasibətlər və ölkələrin Rusiya vətəndaşlarını qəbul etməyə hazırlığı məsələsidir”, - Matvienko jurnalistlərə bildirib.

O, sərhədlərin bağlı qalmasının siyasi məsələ olmadığını deyib: “Bu, koronavirus səbəbiylə sanitariya və epidemioloji tələblər mövzusudur”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →