—

Gürcüstanda vəzifəli şəxs həbs olundu

1,333
Gürcüstanda vəzifəli şəxs həbs olundu
Dinləmək üçün basın

Gürcüstanın maliyyə nazirliyinin axtarış xidmətinin əməkdaşları keçirilən operativ- axtarış və istintaq tədbirləri nəticəsində rüşvət alma faktı üzrə milli qida agentliyinin Tbilisi şəhər idarəsinin baş müfəttişini həbs…

Gürcüstanın maliyyə nazirliyinin axtarış xidmətinin əməkdaşları keçirilən operativ- axtarış və istintaq tədbirləri nəticəsində rüşvət alma faktı üzrə milli qida agentliyinin Tbilisi şəhər idarəsinin baş müfəttişini həbs edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qurumdan verilən açıqlamaya görə, istintaqla təsdiq olundu ki, ittiham olunan öz iş səlahiyyətlərini yerinə yetirən zaman qanunsuz materialdan istifadə məqsədilə Tbilisidə bir kafe- barın sahibinə zəng edib və ona işini qorumağı söz verib. Təklif agentlik tərəfindən obyektin yoxlanılmamasını lakin, yoxlanılması planlaşdırılmış təqdirdə öncədən kafe sahibini məlumatlandıracağına dair söz verməyi nəzərdə tutur.

O kafe bar sahibindən 10 000 lari rüşvət aldığı zaman yaxalanıb.

İstintaq Gürcüstan cinayət məcəlləsinin 338-ci maddəsinin birinci maddəsi ilə aparılır. Maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →