—

Savalan Mirzoev müşahidəçi olaraq Azərbaycanda keçirilən parlament seçkilərini dəyərləndirib

2,129
Savalan Mirzoev müşahidəçi olaraq Azərbaycanda keçirilən parlament seçkilərini dəyərləndirib
Dinləmək üçün basın

"Biz Gürcüstan olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini hər zaman dəstəkləyirik".

"Biz Gürcüstan olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini hər zaman dəstəkləyirik".

InterPress.ge Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə edən Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev deyib.

O bildirib ki, Azərbaycan Gürcüstan üçün əsas tərəfdaş ölkədir: "Bu ölkədə gedən hər hansı siyasi proses bizim üçün çox böyük önəm daşıyır. Bu il Gürcüstanda da parlament seçkiləri keçirilməlidir. Azərbaycanda seçkilərin belə demokratik şəraitdə keçirilməsi regionda demokratiyanın inkişafına bir töhfədir, təkandır. Azərbaycan xalqı öz seçimi ilə Azərbaycan dövlətçiliyinə olan dəstəyini bir daha göstərdi".

S.Mirzəyev vurğulayıb ki, Azərbaycanda keçirilən seçkilər demokratik şəraitdə baş tutub: "Gürcüstandan olan parlament üzvləri olaraq 11 məntəqədə müşahidə keçirdik. Həmin məntəqədə seçicilər, müxtəlif partiya üzvləri və komissiya üzvləri tərəfindən bizə bildirildi ki, seçkilər şəffaf şəraitdə keçirilir. Biz həmçinin bizimlə tərəfdaş olan müşahidəçi missiya olan dövlətlərlə də əlaqə yaratmışdıq. Onlar da qeyd etmişdi ki, həm seçicilər, həm müşahidəçilər üçün yüksək şərait yaradılıb".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →