—

Erkən qocalmaya səbəb olan qidalar

1,138
Erkən qocalmaya səbəb olan qidalar
Dinləmək üçün basın

Rusiyanın qidalanma və biotexnologiyalar üzrə federal tədqiqat mərkəzinin “Sağlamlıq və idman qidalanması” məsləhət-diaqnostika mərkəzinin həkim-dietoloqu Tamara Pruntseva erkən qocalmaya gətirib-çıxaran qidaların…

Rusiyanın qidalanma və biotexnologiyalar üzrə federal tədqiqat mərkəzinin “Sağlamlıq və idman qidalanması” məsləhət-diaqnostika mərkəzinin həkim-dietoloqu Tamara Pruntseva erkən qocalmaya gətirib-çıxaran qidaların adlarını açıqlayıb.

InterPress.ge “Arqumentı i faktı” nəşrinə istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, çox emal olunmuş qida məhsullarının tərkibində ən azı beş əlavə olur.

Bunlar rəngləndiricilər, konservantlar, qatılaşdırıcılar, dad əlavələri və digərləridir. Belə qidalara sosislər, şirin qazlı sular, mağazada satılan yarımfabrikat kotletlər, şirniyyat, şirin və quru səhər yeməkləri, həmçinin, südlü desertlər aiddir.

“Adətən, emal olunmuş qida yeyən şəxlərin rasionunda zülal çatışmazlığı yaranır. Hamburgerin içindəki kotletdə, hisə verilmiş kolbasada və ya sosisdə az miqdarda zülal olur, əksinə, yağların və müxtəlif əlavələrin həcmi həddən çoxdur və bunlar məhsullara özünəməxsus dad verir”, - deyə həkim bildirib.

Zülal çatışmazlığı isə, öz növbəsində, əzələ kütləsinin azalmasına səbəb olur və bəzən immun sistemin zəifləməsinə gətirib-çıxara bilər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →