lnterPress.ge xəbər verir ki, Kareli bələdiyyəsinin Avlev kəndində 30 yaşlarında olan qadın öldürülüb.
Polis 1988-ci il təvəllüdlü şəxsi qəsdən adam öldürmə ittihamı ilə saxlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs tanışı 1993-cü il təvəllüdlü qadını qarşılıqlı mübahisə zəminində qətlə yetirib.
Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir. Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
