—

Anasını öldürən yeniyetmənin cinayəti ilə bağlı yeni təfərrüatlar məlum olub

3,396
Anasını öldürən yeniyetmənin cinayəti ilə bağlı yeni təfərrüatlar məlum olub
Dinləmək üçün basın

Anasını qətlə yetirməkdə təqsirli bilinərək saxlanılan azyaşlıya və onun dostuna qarşı bu gün cinayət işi açılıb.

Anasını qətlə yetirməkdə təqsirli bilinərək saxlanılan azyaşlıya və onun dostuna qarşı bu gün cinayət işi açılıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tbilisidə qətl hadisəsi dünən səhər saatlarında baş verib. Məlumata görə, qarşılıqlı mübahisə zəminində azyaşlı anasına bıçaqla bir neçə xəsarət yetirib, o cümlədən onu boğaz nahiyəsindən ölümcül yaralayıb. İstintaqla müəyyən edilib ki, azyaşlı cinayəti dostunun köməkliyi ilə törədib.

Məlumata əsasən, qadın hadisə yerindəcə dünyasını dəyişib. Daha sonra təqsirləndirilən şəxslər cinayət yerini tərk edib. Lakin onlar tezliklə saxlanılıb. 

Qeyd edək ki, cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Poniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırSon xəbərlərə bax →