—

Kobuletidə cinayət hadisəsi baş verdi

619
Kobuletidə cinayət hadisəsi baş verdi
Dinləmək üçün basın

Kobuletidə gənc oğlan öldürülüb. Daxili İşlər Nazirliyinin Acariya Polis İdarəsinin əməkdaşları tərəfindən isti izdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1992-ci il…

Kobuletidə gənc oğlan öldürülüb. Daxili İşlər Nazirliyinin Acariya Polis İdarəsinin əməkdaşları tərəfindən isti izdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş şəxs qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə saxlanılıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qurumdan verilən məlumata görə, istintaq müəyyən edib ki, bu il avqustun 13-də Kobuletidə təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində 2001-ci il təvəllüdlü şəxsə soyuq silahla xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralı gənc daha sonra tibb müəssisəsində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları əyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxsi hadisədən bir neçə saat sonra saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Poniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırSon xəbərlərə bax →