—

“Köynəkdə” doğulan uşaq hər kəsi heyrətə gətirdi - FOTO

3,065
“Köynəkdə” doğulan uşaq hər kəsi heyrətə gətirdi - FOTO
Dinləmək üçün basın

ABŞ-ın Minnesota ştatının Sent-Pol şəhərinin sakini dünyaya gətirdiyi uşaqla hər kəsi heyrətə salıb.

ABŞ-ın Minnesota ştatının Sent-Pol şəhərinin sakini dünyaya gətirdiyi uşaqla hər kəsi heyrətə salıb.

InterPress.ge xəbər verir ki, bu barədə “Uniland” xəbər yayıb.

Belə ki, Conatan adlı uşağın əlləri, ayaqları, külrəyi və çiyni qara tüklərlə örtülü olub, üzündə isə saqqal görünüb. Bundan başqa, uşaq “köynəkdə” – adətən, doğuş zamanı partlayan döl qabığında dünyaya gəlib. Bu, çox nadir hadisədir və bəzi mədəniyyətlərdə bu xoşbəxtlik kimi qəbul olunur.

Bildirilir ki, USM zamanı uşağın bədənində görünməyən tüklər valideynləri 28 yaşlı Entoni Lopes və 26 yaşlı Nensmi Rivera üçün sürpriz olub. Ata zarafatla uşağını “balaca Rosomaxa” adlandırır.

Bununla belə, həkimlər qorxulu bir şey olmadığını deyiblər. Onların sözlərinə görə, bu zərif tüklər lanuqo adlanır və çimən zaman öz-özünə tökülür. Adətən, belə tüklər uşaqda hamiləliyin ikinci dövründə yaranır və onu isidir. Lanuqo 32-36-cı həftədə yoxa çıxır, ancaq nadir hallarda doğuşa qədər qalır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →