—

Gürcüstana külli miqdarda kokain gətirməyə çalışan Ukrayna vətəndaşı saxlanıldı

447
Gürcüstana külli miqdarda kokain gətirməyə çalışan Ukrayna vətəndaşı saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1995-ci il…

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Ukrayna vətəndaşı S.K.-ni Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstana qanunsuz olaraq 3 kiloqrama qədər “kokain” gətirmək ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Ukrayna vətəndaşı qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsində və saxlanmasında və Gürcüstan ərazisinə qanunsuz gətirməkdə ittiham olunur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin çantasının yoxlanılması nəticəsində əvvəlcədən hazırlanmış gizlətmə yerindən xüsusilə külli miqdarda - 3 kiloqramadək narkotik vasitə olan “kokain” götürüblər. İstintaq müəyyən edib ki, S.K. narkotik vasitəni Braziliya Federativ Respublikasından Gürcüstana gətirib.

Xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması və Gürcüstana qanunsuz gətirilməsi ilə bağlı istintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin “A” yarımbəndi və 262-ci maddənin 4-cü hissəsinin “A” yarımbəndi əsasında aparılır.

Cinayətlər 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırSon xəbərlərə bax →