—

DİN “Oğru dünyası” ilə əlaqəsi olan 8 nəfəri saxladı, 1 nəfərə isə qiyabi ittiham irəli sürüldü

1,241
DİN “Oğru dünyası” ilə əlaqəsi olan 8 nəfəri saxladı, 1 nəfərə isə qiyabi ittiham irəli sürüldü
Dinləmək üçün basın

Mərkəzi Kriminal Polis İdarəsinin və Acarıstan Polis İdarəsinin əməkdaşları Acarıstanda Baş Prokurorluqla birgə həyata keçirdikləri kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlar arasında maliyyə…

Mərkəzi Kriminal Polis İdarəsinin və Acarıstan Polis İdarəsinin əməkdaşları Acarıstanda Baş Prokurorluqla birgə həyata keçirdikləri kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlar arasında maliyyə mübahisəsinin “oğru yolu ilə həll” faktını aşkarlayıblar, “oğru dünyası” ilə əlaqəsi olan 8 nəfər saxlanılıb, 1 nəfərə qarşı isə qiyabi ittiham irəli sürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Hüquq-mühafizə orqanları 1982-ci il təvəllüdlü L.D., 1965-ci il təvəllüdlü Q.X.( “Roma Batumski” ləqəbli Roman Xmaladzenin qardaşı) və 1978-ci il təvəllüdlü Z.T. -ni  oğru dünyasına üzv olmaq ittihamı ilə, 1964-cü il təvəllüdlü D.K.  ("Aslan Batumski" ləqəbli Aslan Kobuladzenin qardaşı) və 1973-cü il təvəllüdlü A.D.-ni (“Paçiça” ləqəbli) “oğru dünyası”nın fəaliyyətinə dəstək vermək ittihamı ilə saxlayıblar.

Bundan başqa, qardaşlar - 1964-cü il təvəllüdlü C.B.  və 1968-ci il təvəllüdlü C.B, eləcə də onların əmisi oğlu, 1967-ci il təvəllüdlü R.K.  (“Kamo” ləqəbli) “oğru dünyası”nın üzvünə müraciət etdiyi üçün saxlanılıb.

1984-cü il təvəllüdlü ("Balu" ləqəbli) R.Z.-yə gəlincə, "oğru dünyası"na üzv olmaqda qiyabi ittiham irəli sürülüb.

“Oğru aləmi”nə üzvlük,  “Oğru aləmi”nin fəaliyyətinə dəstək və “Oğru dünyası” üzvlərinə müraciət faktları üzrə araşdırma aparılır. 

Cinayətlər 3 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırSon xəbərlərə bax →