—

ABŞ federal səviyyədə ölüm hökmünü bərpa edir, 4 nəfər edam olunacaq

723
ABŞ federal səviyyədə ölüm hökmünü bərpa edir, 4 nəfər edam olunacaq
Dinləmək üçün basın

ABŞ-da 2003-cü ildən bəri ilk dəfə edam hökmü federal səviyyədə bərpa ediləcək.

ABŞ-da 2003-cü ildən bəri ilk dəfə edam hökmü federal səviyyədə bərpa ediləcək.

“İnterpress” “The Washington Post”a istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məhkəmələr uşaq qətlində təqsirləndirilən 4 nəfər barədə ölüm hökmü çıxarıb. Bundan başqa, onlardan ikisi azyaşlıya qarşı təcavüzdə də ittiham olunur.

Cinayətkarlar iyulun 13-ü, 15-i və 17-si, həmçinin avqustun 28-də edam ediləcəklər.

Qeyd edək ki, ABŞ-da sonuncu dəfə federal səviyyədə ölüm hökmü 2003-cü ildə icra olunub. Daha sonra ölkədə ölümcül inyeksiyanın tətbiqi qaydaları federal səviyyədə razılaşdırılmadığından qeyri-rəsmi moratorium qüvvədə idi. Bununla belə, ali cəza tədbiri ştatlar səviyyəsində tətbiq edilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiİsmayıl Abramişvili

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →