—

Portlenddə ABŞ prezidentinin abidəsi aşırılıb

575
Portlenddə ABŞ prezidentinin abidəsi aşırılıb
Dinləmək üçün basın

Afroamerikalı Corc Floyd un Minneapolisdə polis tərəfindən saxlandıqdan sonra ölməsinin ardından ABŞ-ın bütün şəhərində başlayan nümayişlərin iştirakçıları Portlenddə ölkənin üçüncü prezidenti Tomas Cefferson un…

Afroamerikalı Corc Floydun Minneapolisdə polis tərəfindən saxlandıqdan sonra ölməsinin ardından ABŞ-ın bütün şəhərində başlayan nümayişlərin iştirakçıları Portlenddə ölkənin üçüncü prezidenti Tomas Ceffersonun (1801-1809) abidəsini aşırıblar.

Bu barədə “İnterpress" xarici KİV-ə istinadən xəbər verir.

Abidə şəhərin şimalında Cefferson adına liseyə girişin qarşısında quraşdırılmışdı.

Aksiya iştirakçıları aşırılmış abidə üzərində “qul sahibi” sözləri yazıblar, abidənin kənarına isə üzərində “qaradərili qadınlar məni ruhlandırır” yazılmış plakat qoyublar.

Qeyd olunur ki, bu, Portlenddə xəsarət yetirilmiş üçüncü abidədir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiİsmayıl Abramişvili

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →