—

Restoranlardan birində baş verən mübahisədən sonra 4 nəfəri yaralayan şəxs saxlanıldı

513
Restoranlardan birində baş verən mübahisədən sonra 4 nəfəri yaralayan şəxs saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Quria Polis Departamentinin Lançxuti rayon şöbəsinin əməkdaşları İmereti, Raca-Leçxumi və Kvemo Svaneti polis şöbələrinin əməkdaşları ilə birlikdə 1993-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş…

Daxili İşlər Nazirliyinin Quria Polis Departamentinin Lançxuti rayon şöbəsinin əməkdaşları İmereti, Raca-Leçxumi və Kvemo Svaneti polis şöbələrinin əməkdaşları ilə birlikdə 1993-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Q.P.-ni qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə saxlayıblar.  

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, istintaq müəyyən edib ki, cari il aprelin 20-də Lançxutidəki restoranlardan birində başlayan mübahisədən sonra təqsirləndirilən şəxs həmin restoranın yaxınlığında 4 nəfəri:  1986-cı il təvəllüdlü İ.M., 1995-ci il təvəllüdlü Q.Q., 1999-cu il təvəllüdlü L.Q. və 1981-ci il təvəllüdlü Q.T.-yə soyuq silahdan istifadə edərək xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralılar xəstəxanaya aparılıb. Hazırda onlardan yalnız biri klinikada qalır və müvafiq müalicə alır.

Q.P. həyata keçirilmiş əməliyyat- axtarış və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisədən bir neçə saat sonra təqsirləndirilən şəxs qismində tutulub. Polis cinayətin silahını - bıçağı sübut kimi götürüb.

Sağlamlığa qəsdən ağır zərər vurma faktı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 1-ci hissəsi ilə araşdırılır.  Sözügedən cinayət 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırSon xəbərlərə bax →