—

DİN Tbilisi və regionlarda qanunsuz odlu silahlar müsadirə etdi - 6 nəfər saxlanıldı

506
DİN Tbilisi və regionlarda qanunsuz odlu silahlar müsadirə etdi - 6 nəfər saxlanıldı
Dinləmək üçün basın

Tbilisi və regionlarda qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaq ittihamı ilə 6 nəfər saxlanılıb, müxtəlif növ qanunsuz odlu silahlar götürülüb.

Tbilisi və regionlarda qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaq ittihamı ilə 6 nəfər saxlanılıb, müxtəlif növ qanunsuz odlu silahlar götürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayır.

Quria Polis Departamentinin əməkdaşları 1978-ci il təvəllüdlü Z.O.-nu Lançxuti bələdiyyəsinin Şuxuti kəndində saxlayıblar. Polis onun evinə baxış zamanı: 3 ədəd “Geko” markalı ov tüfəngi, 3 ədəd müxtəlif markalı tapança,  3 ədəd dövlət qeydiyyatı olmayan ov tüfəngi, RQD tipli əl qumbarası və s. götürüb.

Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları əvvəllər məhkum olunmuş 1981-ci il təvəllüdlü Q.X.-ni Tbilisidə saxlayıblar. Təqsirləndirilən şəxsin mənzilinə baxış zamanı hüquq-mühafizə orqanları tərəfindən TT sistemli tapança, 10 ədəd patron və s. götürülüb. Həmçinin qanunsuz becərilən, narkotik tərkibli bitki də götürülüb.

Qldani-Nadzaladevi Baş Şöbəsinin əməkdaşları əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü R.K.-nın yaşadığı ünvanda apardıqları axtarış nəticəsində maddi sübut kimi 1 ədəd odlu silah və 9 ədəd patron müsadirə ediblər.

Digər təqsirləndirilən şəxs - 1991-ci il təvəllüdlü A.B.-yə gəlincə, polis idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirərək sübut kimi odlu silah, 4 patron və s. götürüb.

İsani-Samqori Baş Bölməsinin əməkdaşları tərəfindən 1961-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş T.Z. Tbilisidə saxlanılıb.  Polis saxlanılan şəxsin evində axtarış zamanı sübut kimi bir avtomat, 11 patron və s. götürüb.

Sameqrelo - Zemo Svaneti Polis İdarəsinin əməkdaşları 1971-ci il təvəllüdlü B.P-ni qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaq ittihamı ilə saxlayıblar.

Qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə, o cümlədən tərkibində külli miqdarda narkotik vasitə olan bitki yetişdirmə faktları Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü, 4-cü və 6-cı hissələri, həmçinin 265-ci maddənin 2-ci hissəsinin “a” yarımbəndi ilə araşdırılır. 

Cinayətlər 4 ildən 11 ilə qədər həbs cəzası nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırSon xəbərlərə bax →