—

Gürcüstanda və qonşu ölkələrdə qiymət artımı bu cürdür

750
Gürcüstanda və qonşu ölkələrdə qiymət artımı bu cürdür
Dinləmək üçün basın

Gürcüstanda qiymətlərin sürətli artımı bu ilin fevralında da davam edib.

Gürcüstanda qiymətlərin sürətli artımı bu ilin fevralında da davam edib.

lnterPress.ge xəbər verir ki,  bu barədə Geostat-ın dərc etdiyi məlumatda bildirilib.

Məlumata əsasən, 2022-ci ilin fevralında Gürcüstanda illik inflyasiya 13,7% təşkil edib.


Məlumat üçün bildirək ki, bu il qiymət artım tempi Milli Bankın hədəf səviyyəsindən xeyli yüksəkdir. Xatırladaq ki, Milli Bankın inflyasiya hədəfi 3%-dir.

Eyni zamanda, ölkədə inflyasiya 13,7% təşkil edir, baxmayaraq ki, verilmiş bir illik dövrdə ən mühüm əmtəə qrupları üzrə qiymətlər xeyli sürətlə artıb:

Mənzil, su, işıq, qaz - 45,8% artım

Qida və alkoqolsuz içkilər - 17,3% artım

Nəqliyyat - 14,5% artım

Otellər, kafe və restoranlar - 12,1% artım 

Mebel və məişət əşyaları - 9,9% artım

Qonşu ölkələrə gəlincə, 2022-ci ilin fevral ayında Türkiyədə illik inflyasiya 54,4% təşkil edib. Qiymətlərin ən sürətlə artdığı qrupların siyahısı:

Nəqliyyat - 75,7% artım

Mebel və məişət əşyaları - 64,8% artım 

Qida və Alkoqolsuz İçkilər Qrupu - 64,5% artım 

Otellər, kafe və restoranlar - 55,2% artım 

Mənzil, su, işıq, qaz - 49% artım

Azərbaycanda qiymətlərin ümumi artım tempi fevral ayı statistikasından da göründüyü kimi, artım tendensiyası ilə səciyyələnir və bu göstəriciyə əsasən ölkədə illik inflyasiya 11,9% təşkil edib.

Bundan əlavə, Rusiyada qiymətlər artıb, xüsusən də fevralda illik inflyasiya 9,1% səviyyəsində müəyyən edilib.

Ermənistanda inflyasiya 6,5% təşkil edib. Qiymətlərin ən çox artdığı qruplara gəlincə, bunlara aşağıdakılar daxildir:

Qida və Alkoqolsuz İçkilər Qrupu - 11,4% artım 

İstirahət və mədəniyyət - 10,1% artım 

Geyim - 9,3% artım

Spirtli içkilər, tütün - 7,7% artım.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Poniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırSon xəbərlərə bax →