—

Bu şəhərdə ilk dəfə afroamerikalı mer seçildi

619
Bu şəhərdə ilk dəfə afroamerikalı mer seçildi
Dinləmək üçün basın

ABŞ-da 2014-cü ildə qaradərili yeniyetmənin polis tərəfindən öldürüldüyü və daha sonra şiddətli etirazların baş qaldırdığı Missuri ştatının Ferqüson şəhərində ilk dəfə afroamerikalı qadın mer seçilib. InterPress.ge…

ABŞ-da 2014-cü ildə qaradərili yeniyetmənin polis tərəfindən öldürüldüyü və daha sonra şiddətli etirazların baş qaldırdığı Missuri ştatının Ferqüson şəhərində ilk dəfə afroamerikalı qadın mer seçilib.

InterPress.ge "Associated Press" nəşrinə istinadən xəbər verir ki, 54 yaşlı afroamerikalı Ella Cons 54 faiz səslə rəqibi Hizer Robinetə qalib gələrək şəhərin yeni meri seçilib. Bildirilib ki, o 2015-ci ildən Ferqüson Şəhər Şurasının üzvü kimi fəaliyyət göstərib. Daha əvvəl isə bir kosmetika şirkətində satış direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Ferqüsonda 2014-cü ildə Maykıl Braun adlı qaradərili bir yeniyetmənin Darren Uilson adlı polis məmuru tərəfindən öldürülməsindən sonra kütləvi iğtişaşlar baş qaldırmışdı.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →