—

Melitopol meri: "Şəhərimiz üçün vəziyyət çox gərgindir"

319
Melitopol meri: "Şəhərimiz üçün vəziyyət çox gərgindir"
Dinləmək üçün basın

Melitopol şəhərinin küçələrində döyüşlər gedir.

Melitopol şəhərinin küçələrində döyüşlər gedir.

lnterPress.ge xəbər verir ki,  bu barədə şəhər meriyası məlumat yayıb.

 Meriyanın  verdiyi məlumata görə, Rusiya hərbçiləri inzibati binaları dağıtmağa və ya ələ keçirməyə çalışır.

Şəhər merinin izah etdiyinə görə, bütün sığınacaqlar əhalinin üzünə açıqdır.

“Şəhərimiz üçün vəziyyət çox gərgindir. Düşmən Melitopolun və onun hüquq-mühafizə orqanlarının inzibati binalarını ələ keçirməyə və ya dağıtmağa çalışır. Küçədə  döyüş gedir'',- deyə mer bildirib.

O, həmçinin şəhər əhalisinə müraciət edərək sosial şəbəkədə Ukrayna silahlı qüvvələrinin hərəkəti ilə bağlı məlumat yerləşdirməməyə çağırıb.

“Bizim köməyinizə ehtiyacımız var - sosial şəbəkədə Ukrayna silahlı qüvvələrinin hərəkəti və ya ərazi mübahisələri barədə məlumat yerləşdirməyin.Yalnız təsdiqlənmiş məlumatlara etibar edin və özünüzə diqqət yetirin”,- deyə  mer bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →