—

İrakli Zarkua: "Sanksiyalar Rusiya üçün adekvat, sürətli və kifayət qədər ağrılı olmalıdır"

306
İrakli Zarkua: "Sanksiyalar Rusiya üçün adekvat, sürətli və kifayət qədər ağrılı olmalıdır"
Dinləmək üçün basın

''Biz Ukraynanı dəstəkləyirik, bütün inkişaf etmiş dünyanı Ukrayna uğrunda birləşməyə çağırırıq, dünya işğalçının 2008-ci ildəki etdiyi səhvləri etməməlidir''.

''Biz Ukraynanı dəstəkləyirik, bütün inkişaf etmiş dünyanı Ukrayna uğrunda birləşməyə çağırırıq, dünya işğalçının  2008-ci ildəki etdiyi səhvləri etməməlidir''.

lnterPress.ge xəbər verir ki,  bu barədə jurnalistlərə parlament çoxluğunun üzvü İrakli Zarkua məlumat verib.

Onun sözlərinə görə, Gürcüstan bütün addımları beynəlxalq tərəfdaşlarla sıx ünsiyyət vasitəsilə atacaq.

“Ona görə də hesab edirəm ki, sanksiyalar Rusiya üçün adekvat, sürətli və kifayət qədər ağrılı olmalıdır və əgər biz səthi sanksiyalarla kifayətlənsək, işğalçı daha da güclənəcək və sabah daha da pis olacaq. Bu gün Ukrayna çətin vəziyyətə düşüb və mən bir daha bütün inkişaf etmiş  dünyanı Ukraynanı müdafiə etmək üçün birləşməyə çağırıram.

Gürcüstanın mövqeyinə gəlincə, biz bunu ukraynayönümlü qətnamədə əks etdirmişik, orada demişdik ki, Ukrayna öz ərazisini qoruyan dövlətdir və onun suverenliyinə toxunan hər kəs cəzalandırılmalıdır. Bizim addımlarımıza gəlincə, bizim bütün addımlarımız Qərb tərəfdaşları ilə razılaşdırılıb və biz onlarla razılaşaraq hərəkət etdiyimiz kimi davam edəcəyik. Növbədənkənar sessiyaya gəlincə, bu barədə bəyanat veriləcək, vəziyyətə baxacağıq. Bir daha deyirəm, biz tərəfdaşlarla sıx ünsiyyətdəyik və  bunu düzgün və ədalətli hesab edirik. Biz azad dünyanın yanındayıq ",- deyə Zarkua bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →