—

ABŞ-da iğtişaşlar zamanı bir nəfər ölüb, yaralılar var

617
ABŞ-da iğtişaşlar zamanı bir nəfər ölüb, yaralılar var
Dinləmək üçün basın

ABŞ-ın İndianapolis şəhərində (İndiana ştatı) afroamerikalı Corc Floydun polis tərəfindən saxlanılarkən ölməsi səbəbi ilə keçirilən etirazlar zamanı baş verən iğtişaşlarda atəş açılması nəticəsində bir nəfər ölüb, azı…

ABŞ-ın İndianapolis şəhərində (İndiana ştatı) afroamerikalı Corc Floydun polis tərəfindən saxlanılarkən ölməsi səbəbi ilə keçirilən etirazlar zamanı baş verən iğtişaşlarda atəş açılması nəticəsində bir nəfər ölüb, azı iki nəfər yaralanıb.

InterPress.ge “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Indy Star” qəzeti məlumat yayıb.

İndianapolis polisinin verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni araşdırır, üstəlik, onlar polisin atəş açmadığından əmindirlər. Şəhər polisi hələlik zərərçəkənlərin və ölənin kimliyi barədə məlumat verməyib.

Polisin məlumatına görə, iğtişaşlar zamanı etirazçılar polis əməkdaşlarına hücum edib, inzibati binaların pəncərələrinin şüşələrini sındırıb, ardından atəş açıblar.

Xatırladaq ki, Corc Floydun ölümü ilə nəticələnən saxlanma anının videogörüntülərinin yayılması Minneapolisdə və başqa şəhərlərdə kütləvi qarışıqlıqlara səbəb olub. Videoda polis əməkdaşlarının Floydu yıxaraq qollarını qandallamaları, həm də zabitlərdən birinin dizi ilə onun boynunu sıxması əks edilir. Saxlanılan şəxs əvvəlcə bir neçə dəfə nəfəs ala bilmədiyini deyib, sonra isə huşunu itirib. Floyd xəstəxanaya yerləşdirilib və reanimasiyada ölüb. İğtişaşlar başladıqdan sonra dörd polis əməkdaşı işdən çıxarılıb, onlardan biri isə ehtiyatsızlıqdan adam öldürməkdə ittiham edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →