—

ABŞ-ın 25 böyük şəhərində komendant saatı tətbiq olundu

717
ABŞ-ın 25 böyük şəhərində komendant saatı tətbiq olundu
Dinləmək üçün basın

ABŞ-ın Minneapolis (Minnesota ştatı) şəhərində afroamerikalı Corc Floydun ölümünün səbəb olduğu etirazlarla əlaqədar ölkənin azı 25 böyük şəhərində komendant saatı tətbiq edilib.

ABŞ-ın Minneapolis (Minnesota ştatı) şəhərində afroamerikalı Corc Floydun ölümünün səbəb olduğu etirazlarla əlaqədar ölkənin azı 25 böyük şəhərində komendant saatı tətbiq edilib.

InterPress.ge xəbər verir ki, bu barədə CNN teleşirkəti bildirib.

CNN-in məlumatına görə, əhalinin hərəkətinə məhdudiyyət gecə saatlarında Los-Anceles və Beverli-Hillz (Kaliforniya ştatı), Denver (Kolorado), Mayami (Florida), Atlanta (Corciya), Çikaqo (İllinoys), Luisvill (Kentukki), Minneapolis və Sent-Pol (Minnesota), Roçester (Nyu-York), Sinsinnati, Kolumbus, Deyton, Toledo və Klivlend (Ohayo ştatı), Portlend və Yucin (Oreqon ştatı), Filadelfiya və Pitsburq (Pensilvaniya ştatı), Çarlston və Kolumbiya (Cənub Karolina ştatı), Neşvill (Tennessi), Solt-Leyk-Siti (Yuta ştatı), Sietl (Vaşinqton ştatı), Miluoki (Viskonsin ştatı) şəhərlərində tətbiq edilib.

Qeyd edək ki, mayın 25-də internetdə Corc Floydun saxta əskinaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və ardından dizi ilə onun boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →