—

Rusiyanın Xarici İşlər Nazirliyi: "Biz ümid edirik ki, Gürcüstan hökuməti keçmişdən nəticə çıxaracaq və..."

444
Rusiyanın Xarici İşlər Nazirliyi: "Biz ümid edirik ki, Gürcüstan hökuməti keçmişdən nəticə çıxaracaq və..."
Dinləmək üçün basın

"Biz Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılmasına, fikir ayrılıqlarının aradan qaldırılmasına, ikitərəfli əlaqələrin bərpasına və inkişafına sadiq qalırıq - bütün bunlar ölkələrimizin xalqlarının maraqlarına…

"Biz Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılmasına, fikir ayrılıqlarının aradan qaldırılmasına, ikitərəfli əlaqələrin bərpasına və inkişafına sadiq qalırıq - bütün bunlar ölkələrimizin xalqlarının maraqlarına cavab verir, lakin belə bir proses ikitərəfli olmalıdır".

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında deyilir.

“Rusiya aviaşirkətlərinin Rusiya vətəndaşlarının Gürcüstana daşınmasına qoyulan qadağa müvəqqətidir. Biz onun ləğvinin şərtlərini dəfələrlə bildirmişik. Onlar gürcü tərəfinə yaxşı tanışdır.

Söhbət Gürcüstanda vəziyyətin sabitləşməsindən, rusofobik kampaniyanın dayandırılmasından və vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasından gedir. Sanitariya-epidemioloji vəziyyətə də diqqət yetirmək lazımdır.

Rusiya gürcü radikallarının məlum təxribatına cavab olaraq yuxarıda qeyd olunan məhdudiyyətləri qəbul etməyə məcbur oldu. Eyni zamanda, biz Rusiya-Gürcüstan münasibətlərinin normallaşmasına, mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına, ikitərəfli əlaqələrin bərpasına və inkişafına sadiq qalırıq - bütün bunlar ölkələrimizin xalqlarının mənafeyinə uyğundur, lakin belə bir proses ikitərəfli olmalıdır. Biz ümid edirik ki, Gürcüstan hökuməti keçmişdən nəticə çıxaracaq və Rusiyaya qarşı daha balanslı siyasət aparacaq”, - Nazirliyin bəyanatında deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →