—

Xarici İşlər Nazirliyinin qarşısında aksiya baş tutdu

484
Xarici İşlər Nazirliyinin qarşısında aksiya baş tutdu
Dinləmək üçün basın

“Utanc” vətəndaş hərəkatının üzvləri Xarici İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

“Utanc” vətəndaş hərəkatının üzvləri Xarici İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları işğal rejimi tərəfindən qanunsuz olaraq saxlanılan Mamuka Çxikvadzeni dəstəklədiklərini bildiriblər.

Aksiyada iştirakçılar “Səs ver!”, “Rusiya öldürür, yad sükut!” sözləri yazılmış bannerlərlə səslərini çatdırmaq istəyiblər.

Mitinqin təşkilatçılarından olan Qiqa Makaraşvilinin sözlərinə görə, dövlət qurumları həbsdə olan keçmiş əsgərin azad edilməsi və ailəsinə qaytarılması üçün əlindən gələni etməlidir.

“Təəssüflər olsun ki, insanların işğal xəttindən qaçırılması gündəlik hallara çevrilib. Eyni xahişlə məhz bu yerdə çoxsaylı mitinqlər keçiriləcək. Ruslar 2008-ci ildə döyüşmüş və sülhməramlı missiyalarda iştirak etmiş keçmiş hərbçini əsir götürüblər. Ən azından ailəsi və bütün beynəlxalq missiya və ya təşkilatlar məhbusun vəziyyəti ilə bağlı məlumatlandırılmalıdır”, - Qiqa Makaraşvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →