—

Rusiyada beynəlxalq uçuşların açılacağı tarix açıqlandı

2,227
Rusiyada beynəlxalq uçuşların açılacağı tarix açıqlandı
Dinləmək üçün basın

Rusiya Nəqliyyat Nazirliyi 2020-ci ilin iyun ayında daxili uçuşları, iyulda isə beynəlxalq reysləri bərpa etməyi planlaşdırır.

Rusiya Nəqliyyat Nazirliyi 2020-ci ilin iyun ayında daxili uçuşları, iyulda isə beynəlxalq reysləri bərpa etməyi planlaşdırır.

InterPress.ge xəbər verir ki, bu barədə “İnterfax” Nəqliyyat naziri Yevgeni Ditrixin açıqlamasına istinadla xəbər yayır.

“İndi insanlar uzun müddət təcrid olunduqları üçün çox yorğun görünürlər. Bu vəziyyətdə çoxları həqiqətən gəzmək istəyir və biz onları təhlükəsiz nəqliyyatla təmin etməliyik”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, hökumət rusiyalılara “isti dənizdə olmaq və D vitamini qəbul etmək üçün bir fürsət” vermək istəyir.

Ditrix əlavə edib ki, hökumətdən müvafiq icazə alınarsa, beynəlxalq reyslər açıla bilər.

O, bunun hər şeydən əvvəl, sərnişinin göndəriləcəyi ölkələrdə epidemioloji vəziyyətdən asılı olacağını bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →