—

Sürücülərin nəzərinə! Tbilisidə bu yollara məhdudiyyət tətbiq olacaq

1,152
Sürücülərin nəzərinə! Tbilisidə bu yollara məhdudiyyət tətbiq olacaq
Dinləmək üçün basın

Rustaveli prospektində keçirilməsi planlaşdırılan aksiya ilə əlaqədar sentyabrın 27-si saat 00:00-dan etibarən Azadlıq meydanında nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Rustaveli prospektində keçirilməsi planlaşdırılan aksiya ilə əlaqədar sentyabrın 27-si saat 00:00-dan etibarən Azadlıq meydanında nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. 

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meriyası məlumat yayıb.

"K. Abxazia və Ş. Dadiani küçələrindən Azadlıq meydanı istiqamətində hərəkət məhdud olacaq. Şəxsi avtomobillərin hərəkətinə Leonidze, İnqoroğva, A. Çavçavadze, Qriboedov, Barataşvili və Tabukaşvili küçələrinin köməyi ilə icazə veriləcək.

Rustaveli prospektinə gəlincə, Respublika meydanından Azadlıq meydanına qədər olan yol hissəsində sabah saat 17:00-dan etibarən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. N. Barataşvili körpüsünün yaxınlığındakı enişə və Rustaveli prospektindən Birinci Respublika meydanına qədər hərəkət mümkün olacaq. 

Melikişvili küçəsindən Mtatsminda küçələrinə Canaşia, Tarxnişvili, Tatişvili, Çovelidze, Zandukeli küçələri ilə, sonra isə Barnovi, Qoqebaşvili və Kakabadze küçələrindən istifadə etməklə getmək olar. Mtatsminda rayonundan Melikişvili küçəsinə və “Rustaveli” metrostansiyasının ərazisinə Qriboedov, Mağaşvili, Barnovi və Şanidze küçələrindən keçməklə icazə veriləcək. 

Rustaveli metrostansiyasının yaxınlığından Azadlıq meydanına doğru hərəkət edən şəxsi avtomobillər Rustaveli prospektinə Zeytun Ağacından döndükdən sonra Mixail Cavaxişvili küçəsi və Mtkvarinin sağ sahilinin köməyi ilə hərəkət edə bildəcəklər", - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →