—

Rusiya vətəndaşlarına Gürcüstanda daşınmaz əmlak almaq qadağan oluna bilər

486
Rusiya vətəndaşlarına Gürcüstanda daşınmaz əmlak almaq qadağan oluna bilər
Dinləmək üçün basın

Rusiya vətəndaşlarının Gürcüstanda daşınmaz əmlak almasına qadağanın qoyulması təklif olunur.

Rusiya vətəndaşlarının Gürcüstanda daşınmaz əmlak almasına qadağanın qoyulması təklif olunur.

InterPress.ge xəbər verir ki, bu barədə yerli “BusinessPressNews” nəşri yazıb.

Müvafiq təkliflə qanunverici orqana Gürcüstan vətəndaşı Mamuka Qvadzabiya müraciət edib. Onun sözlərinə görə, Rusiya Gürcüstan ərazilərini işğal altında saxladıqca bu ölkənin vətəndaşlarının Gürcüstanda daşınmaz əmlak alması/qeydiyyatı qadağan edilməlidir.

Parlament bürosunun qərarı ilə Prosedur məsələlər və qaydalar Komitəsinə qanunvericilik təşəbbüsünü nəzərdən keçirmək tapşırılıb. Bundan sonra büro məsələ ilə bağlı qərarını açıqlayacaq.

Nəşrdə qeyd olunub ki, son illər ərzində Rusiya vətəndaşlarının Gürcüstanda əldə etdiyi daşınmaz əmlakların sayı barədə dəqiq məlumat yoxdur. Lakin 2019-cu ilin məlumatına əsasən, Gürcüstanda son 4 il ərzində xarici ölkə vətəndaşlarının qeydiyyata aldığı daşınmaz əmlakların 40 %-i Rusiya vətəndaşlarının payına düşür.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →