—

Gürcüstanda oktyabrın 17-dək olan hava şəraiti açıqlandı

1,070
Gürcüstanda oktyabrın 17-dək olan hava şəraiti açıqlandı
Dinləmək üçün basın

Qərbi Gürcüstanda oktyabrın 13 -dək isti və yağmursuz hava gözlənilir.

Qərbi Gürcüstanda oktyabrın 13 -dək isti və yağmursuz hava gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Aran rayonlarında temperatur gündüz +26, +29 dərəcə olacaq. Oktyabrın 14 və 15-də qısamüddətli yağış gözlənilir, havanın orta temperaturu gündüz + 23-24 dərəcə olacaq.

Sinoptiklərin bildirdiyinə görə, oktyabrın 17 -dək Şərqi Gürcüstanda yağış olmayacaq, lakin nisbətən soyuq hava olacaq. Bəzi ərazilərdə qısamüddətli yağış müşahidə oluna bilər. Havanın temperaturu gündüz +19, +24 dərəcə olacaq.

Tbilisidə yağış gözlənilmir. Havanın temperaturu oktyabrın 12 -də gündüz +19 dərəcə olacaq, oktyabrın 13 -dən etibarən hava açılacaq və +22, +24 dərəcəyə qədər istiləşəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →