—

Koronavirusun ağır formasının ən zəruri əlaməti aşkarlandı

1,186
Koronavirusun ağır formasının ən zəruri əlaməti aşkarlandı
Dinləmək üçün basın

Rusiya Səhiyyə Nazirliyinin baş pulmonoloqu Sergey Avdeyevkoronavirusun ağır formasının ən vacıb simptomunu açıqlayıb.

Rusiya Səhiyyə Nazirliyinin baş pulmonoloqu Sergey Avdeyevkoronavirusun ağır formasının ən vacıb simptomunu açıqlayıb.

InterPress.ge-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həkim qeyd edib ki, COVID-19-un ağır keçməsinin əsas simptomu qızdırma, öskürmə yox, təngnəfəslikdir.

"Tənəffüs çatışmazlığı xəstəliyin daha ağır formada keçməsinin əlamətidir", - o bildirib. Avdeyev belə olan halda həkimlərə müraciət etməyi və xəstəxanaya yerləşdirilməyə hazır olmağı tövsiyə edib.

O, xəstələrə fəsadlardan qaçmaq üçün öz səhhətlərini izləməyi məsləhət görüb. Avdeyev eyni zamanda əlavə edib ki, koronavirus infeksiyası daha tez yüngül formada keçir. "COVID-19-a yoluxan hər kəs üçün xəstəxanaya yerləşmə tələb olunmur: xəstələrin əksəriyyəti evdə həkimlərin nəzarəti altında müalicə oluna bilər", - deyə Avdeyev qeyd edib.

Bundan əvvəl ABŞ həkimlərinin koronavirusun yeni simptomlarını aşkarladığı barədə bildirilib. Bunlar titrətmə, əzələ, baş, boğaz ağrıları, habelə dad və qoxu hissinin itkisidir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →