—

Pentaqon UNO-ların görüntüsünü yayımladı - VİDEO

1,995
Pentaqon UNO-ların görüntüsünü yayımladı - VİDEO
Dinləmək üçün basın

ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi internet saytında uçan naməlum obyektlərlə (UNO) bağlı videolar yerləşdirilib.

ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi internet saytında uçan naməlum obyektlərlə (UNO) bağlı videolar yerləşdirilib.

InterPress.ge-nin xarici mətbuata istinadən verdiyi xəbərə görə, üç videodan biri 2004-cü ilin noyabr ayında, digəri isə 2015-ci ilin yanvar ayında çəkilib. 2007 və 2017-ci illərdə videolar Pentaqonun icazəsi olmadan internetə sızdırılıb. Lakin, Hərbi Dəniz Qüvvələri videoların həqiqiliyini təsdiqləyib.

Hərbi təyyarələrdən qeydə alınan videolarda naməlum uçan obyektlər görünür. Onların görünüşü nə təyyarələrə, nə helikopterlərə, nə də insanların tanıdığı digər uçan vasitələrə bənzəmir.

Pentaqon bildirib ki, videolar ictimaiyyət nümayəndələrinə verilən hər hansı yanlış fikirlərə aydınlıq gətirmək məqsədilə yayılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →