—

Tbilisidə davam edən aksiyalarda vəziyyət gərgin olaraq qalır

987
Tbilisidə davam edən aksiyalarda vəziyyət gərgin olaraq qalır
Dinləmək üçün basın

Tbilisidə davam edən aksiyalarda vəziyyət gərgin olaraq qalır.

InterPress.ge xəbər verir ki, paytaxtda bir neçə qarşıdurma yeri mövcuddur.

"Ləyaqət marşı"nın əleyhdarları Kaşueti Katedrali, Parlament, Filarmoniya, "Utancdır" ofisi, "Tbilisi Pride" ofisi, Dəyirmi Bağ və s. daxil olmaqla müxtəlif yerlərdədirlər.

"Ləyaqət marşı"nın əleyhdarları həm prayd tərəfdarlarına, həm də mediaya qarşı çıxırlar. Şifahi və fiziki qarşıdurma faktları var.

Polislər bütün yerlərə yerləşdiriliblər, ancaq az saydadırlar və buna görə də, hüquq mühafizə orqanları mübahisələrin qarşısını almaq və aradan qaldırmaqda çətinlik çəkirlər.

Media nümayəndələri də daxil olmaqla yaralılar var.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →