—

Xalq Müdafiəçisi "Tbilisi Pride" tədbirində polisin fəaliyyətini qiymətləndirdi

254
Xalq Müdafiəçisi "Tbilisi Pride" tədbirində polisin fəaliyyətini qiymətləndirdi
Dinləmək üçün basın

"Polisin "Tbilisi Pride" tədbirinin iştirakçılarının təhlükəsizliyini təmin etməsi təqdirəlayiqdir".

"Polisin "Tbilisi Pride" tədbirinin iştirakçılarının təhlükəsizliyini təmin etməsi təqdirəlayiqdir".

InterPress.ge xəbər verir ki, bunu Xalq Müdafiəçisi deyib.

Nino Lomgaria polisin həftə ərzində planlaşdırılan digər tədbirlər, xüsusilə yürüş ilə əlaqədar yüksək məsuliyyət daşıyacağına ümid etdiyini bildirib.

"Əvvəla, həqiqətən nifrət qruplarının aqressiv davranması çox təəssüf doğurur, lakin polisin necə işlədiyi təqdirəlayiqdir və qeyd etməyə dəyər. Təmsilçilərim orada idilər və həqiqətən təsdiq edə bilərəm ki, bu halda polis tədbir iştirakçılarının təhlükəsizliyini təmin etdi.

Ümid edirəm ki, planlaşdırılan tədbirlə, xüsusən də risklərin çox artdığı "Pride" yürüşü ilə əlaqədar eyni şey davam edəcək. Ümid edirəm ki, polis yenə də yüksək səviyyədə məsuliyyət göstərəcək və bu tədbiri təhlükəsiz bir mühitdə keçirə biləcəyik", - dedi Nino Lomgaria.

Məlumat üçün bildirək ki, ləyaqət yürüşü 5 iyul tarixinə planlaşdırılıb və şüarı “Həmrəylik üçün çıxın” olacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →