—

"Tbilisi Pride" həftəsinin ilk tədbiri başa çatdı - qonaqlar ərazini polis kordonu ilə tərk edirlər

547
"Tbilisi Pride" həftəsinin ilk tədbiri başa çatdı - qonaqlar ərazini polis kordonu ilə tərk edirlər
Dinləmək üçün basın

"Tbilisi Pride" həftəsi çərçivəsində ilk tədbir başa çatıb. Tədbir iştirakçılarının təhlükəsizliyi hüquq-mühafizə orqanları tərəfindən qorunur, qonaqların təhlükəsiz şəkildə ərazini tərk etmələri üçün xüsusi bir dəhliz…

"Tbilisi Pride" həftəsi çərçivəsində ilk tədbir başa çatıb. Tədbir iştirakçılarının təhlükəsizliyi hüquq-mühafizə orqanları tərəfindən qorunur, qonaqların təhlükəsiz şəkildə ərazini tərk etmələri üçün xüsusi bir dəhliz təşkil edilib.

InterPress.ge xəbər verir ki, diplomatik korpus nümayəndələrinin bir hissəsi artıq ərazini tərk edib.

Polis əməkdaşları etirazçılar ilə tədbirin qonaqları arasındakı yolu mikroavtobuslarla bağlayıblar, tədbir iştirakçılarının sözügedən nəqliyyat vasitəsi ilə ərazini tərk etmələri gözlənilir.

Patrul Polis rəhbəri Vaja Siradze tədbir yerindədir. Etirazçılar butulka və yumurta atıblar. Polis ərazidəki bir neçə nəfəri saxlayıb. Təsdiqlənmiş məlumata görə, saxlanılanların sayı 12-dir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →