—

ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var - FOTO

947
ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var - FOTO
Dinləmək üçün basın

ABŞ-ın Texas ştatında atışma olub.

“InterPress.ge” xarici mətbuata istinadən xəbər verir ki, hadisə San-Markos şəhərində qeydə alınıb.

Məlumata görə, hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, daha iki nəfər yaralanıb.

Şəhər polisi özünün “Facebook” səhifəsində yerli sakinlərə evlərini tərk etməməyə çağırıb.

Bildirilir ki, polis məişət zorakılığı ilə bağlı zəngdən sonra şikyətin edildiyi ünvana gedib. Nəticədə asayiş keşikçiləri pusquya düşüblər. Belə ki, cinayətkar tüfənglə onlara atəş açıb.

Hadisə zamanı yaralanmış polis əməkdaşları xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat ediliblər. Onlardan birinin vəziyyəti ağırdır.

Polisin məlumatına görə, hadisəni törədən şəxs özünü öldürüb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →