Tbilisidə güclü yağış problemlər yaradıb.
InterPress.ge xəbər verir ki, Didi Digomidəki yolların su altında qalması kadrları sosial şəbəkədə yayılıb.
Paytaxtın bir neçə yerinə güclü yağış səbəbindən yanğınsöndürən-xilasedicilər cəlb olunub.
Fövqəladə Hallar İdarəetmə Xidmətindən bildirildiyinə görə, idarəyə bildirişlər daxil olub və bütün lazımi mənbələr səfərbər olunub.
