Tbilisidə Pekin prospektində avtomobil dükana girib.
InterPress.ge xəbər verir ki, "Toyota Prius" markalı avtomobilin sürücüsü sükanı çevirə bilməyib və vitrinə çırpılıb.
Qəza nəticəsində mağazanın girişindəki şüşə qapı və bəndi zədələnib.
Patrul polisi və təcili yardım briqadası hadisə yerinə səfərbər olublar.
Qəza nəticəsində xəsarət alan olmayıb.
