—

Lina Ğvinianidze: "Namaxvani SES"in inşasına qarşı yerli əhalinin dinc etirazına hökumət əsasən polis qüvvələri ilə cavab verirdi"

415
Lina Ğvinianidze: "Namaxvani SES"in inşasına qarşı yerli əhalinin dinc etirazına hökumət əsasən polis qüvvələri ilə cavab verirdi"
Dinləmək üçün basın

"Namaxvani SES"in inşasına qarşı yerli əhalinin dinc etirazına hökumət əsasən polis qüvvələri ilə cavab verirdi".

"Namaxvani SES"in inşasına qarşı yerli əhalinin dinc etirazına hökumət əsasən polis qüvvələri ilə cavab verirdi".

InterPress.ge xəbər verir ki, bu haqda "Sosial Ədalət Mərkəzi"nin İcraçı direktoru Lina Ğvinianidze deyib.

Onun sözlərinə görə, bütün bu müddət ərzində polisin müdaxiləsi xüsusilə 3 aprel tarixində kəskinləşib və bu da Rioni Vadisinin bloklanmasına və "Rioni Vadisi mühafizəçiləri"nin və tərəfdarlarının qovulmasına səbəb olub.

“Bu proses bu günə qədər davam edir, Rioni dərəsi faktiki olaraq bağlıdır. Tbilisidə, 23 mayda Rionu vadisi hərəkatının aksiyası başlayacaq. Bu bir günlük aksiya olmayacaq və davam edəcək. Müvafiq nazirliyin öz rolunu və məsuliyyətini yerinə yetirməsi çox vacibdir. Qeyd etmək lazımdır ki, 11 apreldə, Namoxvani kəndində "Rioni Dərəsi Müdafiəçiləri"nin çadırlarını sökən və etirazçılara etiraz aksiyasını bu formada davam etdirməsinə icazə verməyən qanun icraçılarının hərəkətləri əsassız və nisbətsiz idi. Hüquq-mühafizə orqanları, çadırların sökülməsinə Rioni çayının daşmasını əsas gətirdi, bunun da riskləri müvafiq meteoroloji ekspert hesabatı ilə hələ də təsdiqlənməyib", - dedi Lina Ğvinianidze.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →