Gürcüstanda zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayır.
Məlumata görə, yeraltı təkanlar Ninocminda da qeydə alınıb.
"Bu gün, Tbilisi vaxtı ilə saat 06: 19-da Ninocminda şəhərində, Poka kəndində 3 bal gücündə zəlzələ baş verdi", - deyilir məlumatda.
