—

Qərar verildi - Bu obyekt sahiblərinə bir dəfəlik 5000 lari yardım veriləcək

3,986
Qərar verildi - Bu obyekt sahiblərinə bir dəfəlik 5000 lari  yardım veriləcək
Dinləmək üçün basın

Tbilisidə 400 restorana gələn həftədən etibarən Tbilisi meriyasından birdəfəlik maddi yardım veriləcək.

InterPress.ge xəbər verir ki, bu gündən etibarən sənədləri yoxlama prosesi davam etdiriləcək.

Tbilisi meriyasından verilən məlumata görə, maliyyələşdirmə prosesi Gürcüstanda elan edilən tətillərlə əlaqədar dayandırılmışdı.

“Bildiyiniz kimi, Gürcüstanda elan edilən tətillərlə əlaqədar olaraq maliyyələşdirmə prosesi dayandırılmışdı. Sənədlərin yoxlanılması prosesi mayın 13-də bərpa ediləcək və pul gələn həftədən etibarən köçürüləcək ”, - deyə şəhər meriyasından bildirilib.

Məlumat üçün bildirilir ki, elan edilmiş maliyyə yardımı 5 000 GEL -dir, bir hüquqi şəxs tərəfindən birdən çox restoranın fəaliyyət göstərməsi halında, maliyyələşdirmə 10 000 GEL-dir. 400 restoran üçün büdcədən 2 milyon lari ayrılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →