Samqori rayonunda, Kairo küçəsində güclü yanğın baş verib.
InterPress.ge xəbər verir ki, yanğın 31-ci fabrik yaxınlığındakı binada baş verib.
Yanğının söndürülməsində 13 yanğın-xilasetmə qrupu iştirak edir.
İdərənin məlumatına görə, yaxınlıqdakı binalara yanğının yayılması təhlükəsi yoxdur.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
Yanğının səbəbi hələlik məlum deyil.
.jpg)