—

Tədris prosesinin başlaması ilə əlaqədar Təhsil Nazirliyi bəyanat yayır

1,165
Tədris prosesinin başlaması ilə əlaqədar Təhsil Nazirliyi bəyanat yayır
Dinləmək üçün basın

Məktəblər təhsil prosesinə başlamağa tam hazırdır.

InterPress.ge xəbər verir ki, Təhsil və Elm Nazirliyi məktəblərdə tədris prosesinin yenilənməsi barədə məlumat yayır.

“Koordinasiya Şurasının verdiyi qərara əsasən, mayın 13-də ümumi təhsil müəssisələrində təhsil prosesi bərpa ediləcək.

Məktəblər tədrisə başlamağa tam hazırdır. Ölkə daxilində müəllimlər və məktəb işçilərinin kovid testi intensiv şəkildə davam etdirilir.

Tbilisi Birinci Eksperimental Dövlət Məktəbi də daxil olmaqla dövlət tərəfindən tam təmin olunan genişləndirilmiş test proqramına bütün ümumi təhsil müəssisələri cəlb edilmişdir, burada bu gün növbəti test Nazirliyin nümayəndələrinin nəzarəti altında Yoluxucu Xəstəliklər, QİÇS və Klinik İmmunologiya Elmi-Praktik Mərkəzinin nümayəndələri tərəfindən aparıldı.

Məktəbdə PCR texnologiyasından və sürətli testlərdən istifadə edərək müəllimlər, resurs işçiləri, rəhbərlik və texniki işçilər yoxlanılır. Tədrisin bərpası ilə paralel olaraq məktəblərdə testlər davamlı olaraq davam etdiriləcək", - deyilir məlumatda.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →