Çinin CZ-5B raket daşıyıcısının ikinci qolunun dağıntıları Yerin atmosmerinə daxil olaraq Hind okeanına düşüb.
InterPress.ge RİA Novosti-yə istinadən xəbər verir ki, raket daşıyıcısının hissəsi bu gün səhər saatlarında - Tbilisi vaxtı ilə 6.24-də orbitdən endirilib.
Qeyd edək ki, CZ-5B raket daşıyıcısı Çinin “Tianhe” baza modulunu orbital stansiyaya çatdırmışdı.
