Tbilisi Hava limanının gömrük keçid məntəqəsində qanun pozuntusu faktı aşkarlanıb.
lnterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən məlumat verilib.
Gömrük əməkdaşları Gürcüstan vətəndaşı X.C.-ya məxsus çantanın yoxlanılması nəticəsində elan olunmamış mallar aşkar ediblər.
Ekspertizanın nəticəsinə əsasən malların gömrük dəyəri 10 420,68 lari təşkil edib.
Gömrük Məcəlləsinin 168-ci maddəsinin birinci hissəsinə əsasən, qaydanı pozan vətəndaşa sanksiya olaraq 10 420.68 lari pul cəzası kəsilib.
