Gürcüstanda zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə Yer Elmləri institutunun Milli Seysmik Monitorinq mərkəzi məlumat yayır.
Məlumata görə, 3.1 bal gücündə zəlzələ Tbilisi vaxtı ilə 19: 45-də baş verib.
Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Tbilisidən 59 kilometr aralıda, Calka yaxinlığındakı Məmişlərdə olub.
