—

Gürcüstanın avia bazarına yeni avia şirkət daxil olur

559
Gürcüstanın avia bazarına yeni avia şirkət daxil olur
Dinləmək üçün basın

Bu gündən etibarən yeni aşağı büdcəli "Bees Airline" aviaşirkəti Gürcüstan aviasiya bazarında müntəzəm fəaliyyətə başlayacaq.

Bu gündən etibarən yeni aşağı büdcəli "Bees Airline" aviaşirkəti Gürcüstan aviasiya bazarında müntəzəm fəaliyyətə başlayacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Mülki Aviasiya Agentliyi məlumat verib.

Verilən məlumata görə, 30 aprel - 13 iyun tarixləri arasında Ukrayna aviadaşıyıcısı həftədə iki dəfə Kiyev-Tbilisi-Kiyev istiqamətilə uçuşlar həyata keçirəcək. 13 İyun - 5 Oktyabr tarixlərində uçuşlar həftədə 1 dəfə davam edəcək, 5 Oktyabrdan 29 Oktyabr tarixində isə həftədə 3 dəfə müntəzəm uçuşlar həyata keçiriləcək.

“Aviaşirkətə bu il 29 aprel tarixində fəaliyyət göstərmək üçün lisenziya verilib. Xahiş edirik unutmayın ki, epidemioloji vəziyyətə görə dövlətlər tərəfindən sərhəd məhdudiyyətləri və sanitariya tələbləri vaxtaşırı dəyişdirilir, bu da hava yollarının bu və ya digər istiqamətdə hava nəqliyyatının başlaması, uzadılması və ya yenilənməsi ilə bağlı qərarlarında əks olunur. Vətəndaşları səyahətlərini planlaşdırarkən diqqətli olmağa, ölkələr tərəfindən qoyulmuş sərhəd və sanitariya qaydalarını, hava yolu bildirişlərini, rəsmi mənbələrdə yerləşdirilən elanları və cədvəlləri diqqətlə oxumağa çağırırıq”-deyə Mülki Aviasiya Agentliyinin açıqlamasında bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

İvanişvililər Poniçalada faciə nəticəsində evsiz qalan 28 ailəyə mənzil alacaqZaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibSon xəbərlərə bax →